Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb.

Day.Az bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.

Beləliklə, ümumi səfərbərliyin və hərbi vəziyyətin müddəti daha 90 gün (noyabrın 5-dək) uzadılıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin uzadılması haqqında iki qanun layihəsini iyulun 14-də Ali Radaya təqdim etmişdi.