İmarət kompleksində aşkarlanmış insan qalıqlarının genetik analizi aparılır - FOTO

Bəzi mənbələrdə göstərilən məlumatlarla müqayisədə İmarət komplekslərindəki türbələrdə dəfn edilmiş insanlar sayına, cinsinə və yaşına görə uyğun gəlmirlər.
Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
O bildirib ki, komleksdə türbələr daxilində və xaricində tədqiq edilmiş sərdabələrin bəziləri "tapşırma" və ya "əmanət" qəbirləri kimi vəzifə daşıyıb.
"Yəni mərhumun vəsiyyətinə uyğun müəyyən müddətdən sonra onun qalıqları müqəddəs şəhərlərin qəbiristanlığında dəfn olunması üçün sərdabədən götürülüb zəvvarlara əmanət edilirdi.
Digər tərəfdən, yazılı mənbələrdə türbələrdə nəinki Qarabağ xanları nəslindən olan insanların, eləcə də xanlığın sayılıb-seçilən ictimai və dini xadimlərinin də dəfn edildiyi bildirilib.
Buna görə, sərdabələrdə aşkar edilmiş insan qalıqlarından nümunələrin genetik analizinin cavablarını gözləməliyik ki, mövcud suallara aydınlıq gətirilsin. Bundan sonra sima rekonstruksiyasına ehtiyacın olması barədə qərar qəbul ediləcək", - deyə F.Quliyev qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре