Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
"Azərbaycan Dəmir Yolları"ndan Day.Az-a verilən məlumata görə, saat 17:47-də Bakı-Xırdalan, 17:50-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı-Sumqayıt (ekspres), 18:20-də Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Bakı (ekspres) və 19:27-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.
"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda qeyd olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре