https://news.day.az/azerinews/1778766.html
Avropa çempionatı: Gənc cüdoçularımız 1/4 finalda mübarizə aparacaqlar
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparacaq. Day.Az-ın məlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edəcək. Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq və Yunanıstan-İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.
Avropa çempionatı: Gənc cüdoçularımız 1/4 finalda mübarizə aparacaqlar

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparacaq.
Day.Az-ın məlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edəcək.
Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq və Yunanıstan-İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.
Qarışıq komandalar üzrə görüşlər 6 çəki dərəcəsində (oğlanlar: 73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) keçiriləcək. Ümumilikdə 13 yığma komanda (132 cüdoçu) mübarizəyə qatılacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре