https://news.day.az/azerinews/1779179.html Sülhün və təhlükəsizliyin ASEAN və AQEM çərçivəsində təşviqi vacibdir - Kambocalı ekspert Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təhlükəsizlik arxitekturasını və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) prinsiplərini nəzərə almaqla sülhün, təhlükəsizliyin və birgə inkişafın necə təşviq edilə biləcəyini müəyyənləşdirmək vacibdir.

Sülhün və təhlükəsizliyin ASEAN və AQEM çərçivəsində təşviqi vacibdir - Kambocalı ekspert

Azərbaycanca, 9 сентября 2025 13:25 (UTC +04:00) 307
Sülhün və təhlükəsizliyin ASEAN və AQEM çərçivəsində təşviqi vacibdir

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təhlükəsizlik arxitekturasını və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) prinsiplərini nəzərə almaqla sülhün, təhlükəsizliyin və birgə inkişafın necə təşviq edilə biləcəyini müəyyənləşdirmək vacibdir.

Day.Az xəbər verir ki, bunu Kambocanın Asiya Perspektivləri İnstitutunun prezidenti Çen Kimlonq "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.

"'Qonşuluq' diplomatiyasını inkişaf etdirmək lazımdır- ölkələr arasında etimadın gücləndirilməsinə yönəlmiş, regional və insanlara əsaslanan diplomatiyanı. Belə diplomatiya fəal olmalı və siyasi ideologiyalardakı fərqləri kənara qoymalıdır", - deyə o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости