Ağdamda minik avtomobili traktora çırpılıb, yaralılar var

Minik avtomobili traktora çırpılıb, yaralılar var.
Day.Az xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində baş verib. "Hunday" markalı minik maşının traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilir:
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре