https://news.day.az/azerinews/1780544.html Rezidentura haqqında yeni Əsasnamə hazırlanır Nazirlər Kabinetinin təsdiq etdiyi rezidentura haqqında Əsasnamədə rezidentlərin maaşı həkim maaşına bərabər tutulub. Sadəcə buna əməl olunub-olunmamasını araşdırmaq lazımdır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Rezidentura haqqında yeni Əsasnamə hazırlanır

Azərbaycanca, 15 сентября 2025 13:01 (UTC +04:00) 343
Rezidentura haqqında yeni Əsasnamə hazırlanır

Nazirlər Kabinetinin təsdiq etdiyi rezidentura haqqında Əsasnamədə rezidentlərin maaşı həkim maaşına bərabər tutulub. Sadəcə buna əməl olunub-olunmamasını araşdırmaq lazımdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, artıq Rezidentura haqqında yeni Əsasnamə hazırlanır.

"Orada çox güman ki, dəyişikliklər olacaq. Bizdə indiyədək yan ixtisaslar rezidenturada yox idi. Səhiyyə Nazirliyində bu istiqamətlərdə artıq iş gedir. Yeni Əsasnamədə maaşlarla bağlı olan müddəa da öz əksini tapmalıdır. Həkimlərin maaşı artırılırsa, rezidentlərin də maaşı qalxmalıdır", - deyə Ə.Əmiraslanov qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости