BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb.

Day.Az xəbər verir ki, BƏƏ Prezidentinin sosial media hesabında yayımlanan videoda onun azad olunmuş ərazilərə səfərindən kadrlar yer alıb.

"Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq", - paylaşımda qeyd edilib..