Üçüncü sərbəst yürüş başa çatıb

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə üçüncü sərbəst yürüş başa çatıb.

Day.Az xəbər verir ki, "McLaren" komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib.

"Red Bull Racing"in üzvü niderlandlı Maks Ferstappen ikinci, "McLaren"dən avstraliyalı Oskar Piastri üçüncü olub.

Bu gün saat 16:00-da sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

xxx

12:30

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüş start götürüb.

Day.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Üçüncü sərbəst yürüşdən sonra sıralanma turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.