https://news.day.az/azerinews/1786660.html Heyvanlar arasında xəstəlik yayılır Cəlilabad rayonunda heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyinin yayılması müşahidə olunur. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xəstəlik əsasən rayonun Sərhədabad və Adnalı kəndlərindəki iri buynuzlu heyvanlarda daha çox yayılıb.

Heyvanlar arasında xəstəlik yayılır

Azərbaycanca, 8 октября 2025 17:57 (UTC +04:00) 358
Heyvanlar arasında xəstəlik yayılır

Cəlilabad rayonunda heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyinin yayılması müşahidə olunur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xəstəlik əsasən rayonun Sərhədabad və Adnalı kəndlərindəki iri buynuzlu heyvanlarda daha çox yayılıb.

Rayon sakinlərinin sözlərinə görə, xəstəliyin ən əsas mənbəyi həftənin bazar günləri təşkil edilən heyvan bazarıdır. Bazara gətirilən iri buynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyi aşkarlanır. Bu isə virusa bazar ərazisində sürətlə yoluxma riskinin yüksək olduğunu göstərir.

Hazırda rayonda heyvan ticarəti ilə məşğul olan şəxslərin təsərrüfatlarında dabaq xəstəliyinə yoluxmuş heyvanlar daha çox rast gəlinir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости