Bakıda tikilən yeni yolun görüntüləri

Bakıda dörd tunel və üç piyada keçidi inşa olunur.

Day.Az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, tunellər Akademik Həsən Əliyev küçəsi ilə "Koroğlu" metrostansiyası avtomobil yolunun üzərində yerləşəcək.

DHazırda "Şəki dairəsi"ndə 506 metr uzunluğunda, 17 metr enində tunelin tikintisi aparılır. Bununla yanaşı, şəhərdə yeni avtomobil yolu da salınır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, 2025-2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq, Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək avtomobil yolunun tikintisi sürətlə davam edir.

Yeni yol, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel şəkildə layihələndirilib və inşası davam etdirilir.

Daha ətraflı AZTV-nin videomaterialında təqdim olunur.