Bu avtomobillərə avtobus zolağına daxil olmağa İCAZƏ VERİLƏ BİLƏR
Bakı yollarında artıq bir neçə ildir ki, avtobus zolaqlarına şəxsi avtomobillərin daxil olması qadağandır. Dünya təcrübəsində isə bəzi ölkələrdə taksilərə - ictimai nəqliyyat vasitəsi kimi - bu zolaqlarda hərəkət etməyə icazə verilir. Bu, sərnişin daşıyan taksilərin tıxacda vaxt itirməməsi üçün edilir.
Bəs bu yanaşma Azərbaycanda tətbiq oluna bilərmi?
Day.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rəsmi və qanuni fəaliyyət göstərən taksilərin avtobus zolaqlarından istifadəsinə şərait yaradılması mümkündür:
"Bunun üçün bəzi texniki məsələlərin həlli tələb olunur. Məlumatım var ki, məsələ artıq aidiyyəti qurumlarda müzakirə edilir. Yaxın vaxtlarda bununla bağlı müsbət qərar verilə bilər və taksilərə avtobus zolaqlarında hərəkət icazəsi tanına bilər.
Əgər taksi, moped, velosiped və skuter kimi nəqliyyat vasitələri də bu zolaqlardan istifadə etsə, yol daha ədalətli bölüşdürülmüş olar. Çünki dar yollarda hər nəqliyyat vasitəsi üçün ayrıca zolaq ayrılması əlavə çətinlik yaradır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре