Dələduz pulu aldı, sonra "göndərməzdin" deyib güldü YENİ FIRILDAQ - VİDEO
Kredit götürmək istəyən bir qadın dələduzluğun qurbanı olub.
Day.Az xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Bakı sakini Sura Sultanova bildirib ki, digər banklara olan kredit borcunu ödəmək məqsədilə internetdə qarşılaşdığı bir elan əsasında bank olmayan kredit təşkilatlarından birinə müraciət etmək qərarına gəlib. Özlərini həmin təşkilatın əməkdaşı kimi təqdim edən şəxslər, guya kredit rəsmiləşdirilməsi üçün Sura Sultanovanın şəxsiyyət vəsiqəsini və digər şəxsi məlumatlarını əldə ediblər və ona təxminən 4000 manat məbləğində kredit ayrılacağını deyiblər.
Zərərçəkmiş Sura Sultanovanın sözlərinə görə, həmin şəxslər sənədləşmə adı ilə ondan rüsum tələb ediblər.
Lakin o, bu şəxslərin dələduz olduğunu başa düşdükdə, həyat yoldaşı onlarla əlaqə saxlayıb.
Cavab olaraq isə yoldaşına sadəcə istehzayla "ödəməzdiniz" deyə cavab verilib.
Mövzuyla bağlı daha ətraflı videomaterialı Xezerxeber.az təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре