"Whatsapp"da kilosu 17 manata ət satılır - ÇATDIRILMA VAR
                                
                                Dabaq xəstəliyinin geniş yayıldığı ərəfədə insanlar ət almağa ehtiyat edirlər.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, kimisi bir müddət ət yemək istəmir, bəziləri isə etibarlı satış ünvanı axtarırlar.
Redaksiyamıza daxil olan şikayətdə "Whatsapp"da ət satan işbazlar ortaya çıxıb.
Həmin reklam xarakterli elani təqdim edirik:
"Xəstəliklə bağlı insanlar ət almaqdan qorxurlar. Tam sağlam, yaxşı, təmiz, halal kəsilmiş və tez bişən kişi dana əti lazım olanlar buyura bilərlər. Ətin qiyməti 1 kq üçün 17 manatdır. Dükana getməyə ehtiyac yoxdur, sifariş versəniz, işdən gələn zaman blokunuza qədər çatdırılır.
Artıq bir çox qonşuya ət gətirilib və hamı çox razı qalıb, təşəkkürünü bildirib.
Qeyd edək ki, AQTA vətəndaşlara müşayiətedici sənədləri və möhürü olmayan ətləri almamağı tövsiyə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре