Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov bunadək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.