https://news.day.az/azerinews/1798933.html Polad Bülbüloğlunun oğluna vəzifə verildi - FOTO Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub. Day.Az "Modern.az"a istinadla xəbər verir ki, bu posta Murtuza Bülbül təyin edilib. O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.

Polad Bülbüloğlunun oğluna vəzifə verildi - FOTO

Azərbaycanca, 30 ноября 2025 23:12 (UTC +04:00) 419
Polad Bülbüloğlunun oğluna vəzifə verildi

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.

Day.Az "Modern.az"a istinadla xəbər verir ki, bu posta Murtuza Bülbül təyin edilib.

O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.

2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.

2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.

Simfonik Orkestrdə həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyəti göstərir.

  • Polad Bülbüloğlunun oğluna vəzifə verildi
  • Polad Bülbüloğlunun oğluna vəzifə verildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости