https://news.day.az/azerinews/1799976.html “FlyDubai”ın təyyarəsi Bakıda təcili eniş edib 5 dekabr tarixində "FlyDubai" aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

“FlyDubai”ın təyyarəsi Bakıda təcili eniş edib

Azərbaycanca, 5 декабря 2025 08:06 (UTC +04:00) 315
“FlyDubai”ın təyyarəsi Bakıda təcili eniş edib

5 dekabr tarixində "FlyDubai" aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Day.Az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости