Özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir - Şahmar Mövsümov
Azərbaycan iqtisadiyyatının qarşısında ən mühüm çağırışlardan biri iqtisadi şaxələnmədir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində deyib.
"Bu istiqamətdə əldə olunan nəticələr artıq əyani olaraq görünür. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Son 6 ildə qeyri-neft ixracı, demək olar ki, 2 dəfə artmışdır ki, bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре