https://news.day.az/azerinews/1801646.html Məhkəmə ekspertlərinin maaşı artırılacaq Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Məhkəmə ekspertlərinin maaşı artırılacaq

Azərbaycanca, 11 декабря 2025 14:46 (UTC +04:00) 734
Məhkəmə ekspertlərinin maaşı artırılacaq

Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.

Ekspert peşəsinin xüsusiyyətləri nəzərə alınaraq onların sosial müdafi əsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi məqsədilə təkliflər hazırlanması, toplanmış təkliflər əsasında müvafiq normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, məhkəmə ekspertlərinin sosial rifahının yaxşılaşdırılması, rəqabətədavamlı əməyin ödənişi sisteminin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyəti sahəsində dayanıqlı inkişaf təmin edilməsi planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости