Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni inzibati bina tikiləcək
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yeni inzibati binasının inşası və laboratoriyalarının müasir tələblərə uyğun komplektləşdirilməsinə dair tədbirlər görüləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.
Yeni binanın inşası və zəruri avadanlıqla təmin edilməsi məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasının istifadəyə verilməsi, həmin Mərkəzin və laboratoriyalarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulması planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре