Məhkəmə ekspertizası idarələrinin özünümaliyyələşdirmə imkanları genişləndiriləcək

Məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin edilməsi və maliyyələşmə mənbələrinin genişləndirilməsi, ekspertiza xərclərinin ödənilməsi mexanizmləri üzrə normativ hüquqi baza təkmilləşdiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.

Ekspertiza xərclərinin ödənilməsi mexanizmlərinin müəyyən edilməsi ilə bağlı normativ hüquqi bazanın təhlili, təkliflərin toplanılması, təhlili və normativ hüquqi akt layihələrinin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim olunması, ekspertiza xərclərinin ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində məhkəmə ekspertizası idarələrinin özünümaliyyələşdirmə imkanlarının genişləndirilməsi planlaşdırılır.