Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələr hazırlanacaq
Yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdiriləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.
Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün mütərəqqi təcrübələrin öyrənilməsi, qabaqcıl təcrübələr, habelə yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim olunması, məhkəmə ekspertizası sahəsində yeni normativ hüquqi aktların qəbulu ilə məhkəmə ekspertizası fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре