Məhkəmə ekspertizası fəaliyyəti sahəsində süni intellektin tətbiqi imkanları araşdırılacaq
Məhkəmə ekspertizası fəaliyyəti sahəsind ə süni intellektin tətbiqi imkanlarının araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya"da öz əksini tapıb.
2028-2030-cu illərdə Ekspertiza sahəsində süni intellektin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təcrübənin tətbiqi üçün zəruri tənzimləmənin və tələb olunan maddi-texniki infrastrukturun araşdırılması, bu sahədə süni intellektin imkanlarından istifadəyə dair təkliflər hazırlanması, aidiyyəti üzrə təqdim olunması, məhkəmə ekspertizası idarələrində süni intellektin tətbiqi imkanlarının gücləndirilməsi planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре