Qəhvə "Alzeymer" xəstəliyindən xilas edir - ARAŞDIRMA
Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer xəstəliyinin müalicəsinə yaxşı təsir göstərən yeni molekullar aşkarlayıb.
Day.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası bildirib.
Qeyd olunub ki, alimlər Altsheymer xəstəliyinin inkişafında vacib rol oynayan butirilxolinesterazanın (BChE) bioloji katalizatorunun aktivliyini azalda biləcək molekullar yaradıblar. Bu molekullar sinir hüceyrələri arasında siqnalları ötürmək, bununla da yaddaşı möhkəmləndirmək üçün zəruri olan kimyəvi maddələrin tədricən toplanmasına xidmət edəcək.
Ekspertlərin fikrincə, effektivliyi az, toksikliyi çox olan mövcud preparatlardan (donepizil, rivastiqmin) fərqli olaraq, yeni vasitə daha faydalı və təhlükəsizdir.
Qeyd edək ki, pirokatexin antioksidantına bir sıra bitkilərin, o cümlədən qəhvənin tərkibində rast gəlinir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре