https://news.day.az/azerinews/1801603.html Dənizdə itkin düşən balıqçıların axtarışı ilə bağlı AÇIQLAMA Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

Dənizdə itkin düşən balıqçıların axtarışı ilə bağlı AÇIQLAMA

Azərbaycanca, 11 декабря 2025 13:00 (UTC +04:00) 320
Dənizdə itkin düşən balıqçıların axtarışı ilə bağlı

Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

Hadisə ilə bağlı FHN-dən Day.Az-a bildirilib ki, hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости