https://news.day.az/azerinews/1802239.html Əmək haqqının verilmə qaydasında dəyişiklik - VİDEO Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq əmək haqqı bir qayda olaraq iki hissəyə bölünərək avans və qalan formasında ödənilməlidir. Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, praktikada isə bu norma xüsusilə büdcədən maliyyələşən təşkilatlarda çətinlik yaradırdı.

Əmək haqqının verilmə qaydasında dəyişiklik - VİDEO

Azərbaycanca, 13 декабря 2025 23:52 (UTC +04:00) 411
Əmək haqqının verilmə qaydasında dəyişiklik

Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq əmək haqqı bir qayda olaraq iki hissəyə bölünərək avans və qalan formasında ödənilməlidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, praktikada isə bu norma xüsusilə büdcədən maliyyələşən təşkilatlarda çətinlik yaradırdı. Başqa sözlə, mövcud qanuna görə, işçi birtərəfli olaraq işə götürəndən əməkhaqqının ayda iki dəfə verilməsini tələb edə bilərdi. Ancaq, yeni təklif layihəsində bu məcburilik aradan qaldırılır.

Dəyişiklik qəbul olunarsa, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq veriləcək. Yalnız işəgötürən və işçinin qarşılıqlı razılaşması olduqda, maaş yenə də iki hissəyə bölünərək ödənilə biləcək.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, əslində bir çox işəgötürənlər uzun müddətdir maaşı ayda bir dəfə ödəyir. Mövcud qanun işçiyə iki dəfə tələb etmək hüququ versə də, bu praktiki olaraq mübahisələrə və hesabatlılıq problemlərinə səbəb olurdu.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости