https://news.day.az/azerinews/1804095.html Kolumbiyada büdcə kəsiri ilə əlaqədar fövqəladə vergi tədbirləri tətbiq edilir Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb. Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə əsasən varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.

Kolumbiyada büdcə kəsiri ilə əlaqədar fövqəladə vergi tədbirləri tətbiq edilir

Azərbaycanca, 21 декабря 2025 14:05 (UTC +04:00) 337
Kolumbiyada büdcə kəsiri ilə əlaqədar fövqəladə vergi tədbirləri tətbiq edilir

Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb.

Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə əsasən varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.

 

Maliyyə naziri Xerman Avilanın sözlərinə görə, hökumət bu tədbirlər hesabına 16 trilyon peso, yəni təxminən 4,2 milyard dollar vəsait toplamağı planlaşdırır.

Xatırladaq ki, dekabrın 17-də "Fitch" beynəlxalq reytinq agentliyi Kolumbiyanın kredit reytinqini aşağı salıb. Agentlik buna səbəb kimi ölkədə xroniki olaraq yüksək səviyyədə qalan büdcə kəsirini göstərib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости