https://news.day.az/azerinews/1807367.html Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə "mygov" platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını "mygov" platforması üzərindən əldə edə bilirlər.

Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər

Azərbaycanca, 5 января 2026 11:20 (UTC +04:00) 382
Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər

Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə "mygov" platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını "mygov" platforması üzərindən əldə edə bilirlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Day.Az-a verilən məlumata görə, yenilik vətəndaşlara sərhədkeçmə məlumatlarını daha rahat və çevik şəkildə izləmək imkanı yaradır. Məlumat həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.

Məlumatı əldə etmək üçün:

 
  • Platformanın əsas səhifəsində "Xidmətlər" bölməsinə keçid edilir;
  • "Şəxsi" kateqoriyası seçilir;
  • "Sərhədkeçmə məlumatlarım" bölməsinə klik edilir;
  • Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
  • Müvafiq məlumata daxil olmaqla, detallı məlumatlar əldə edilir.

Qeyd edək ki, xidmət vətəndaşın yalnız Azərbaycana giriş və Azərbaycandan çıxış məlumatlarını göstərir. Xarici ölkələrin sərhədkeçmə məlumatları mövcud deyil.

"mygov" mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

Sosial media hesablarını izləmək üçün keçid

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости