https://news.day.az/azerinews/1840148.html Xose Raul Mulino Kintero Prezident İlham Əliyevi təbrik edib Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Prezident İlham Əliyevə məktub ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

Xose Raul Mulino Kintero Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanca, 8 июня 2026 18:21 (UTC +04:00) 550
Xose Raul Mulino Kintero Prezident İlham Əliyevi təbrik edib

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Panama xalqı və Hökuməti adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi, xalqınıza davamlı rifah və tərəqqi arzularımı çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edərkən, Panama ilə Azərbaycanı birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da möhkəmləndirməklə bağlı səmimi arzumuzu bildirməklə yanaşı, sülhə və inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости