https://news.day.az/azerinews/1808723.html Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Day.Az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb

Azərbaycanca, 11 января 2026 20:15 (UTC +04:00) 335
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Day.Az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti stabildir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости