https://news.day.az/azerinews/1809320.html Bu ərazilərə qar yağacaq - RƏSMİ Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiyada Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu ərazilərə qar yağacaq - RƏSMİ

Azərbaycanca, 14 января 2026 12:55 (UTC +04:00) 351
Bu ərazilərə qar yağacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiyada Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcədən 3 dərəcəyədək, gündüz 4 dərəcədən 6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə -2 dərəcədən şaxtdan 3 dərəcədək, gündüz 4 dərəcədən 8 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -11 dərəcədən -16 dərəcəyədək, gündüz -2 dərəcədən -5 dərəcəyədək olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости