Unudulan, heç zaman ifa olunmayan əsərlər sistemli araşdırılacaq

Azərbaycan musiqisinin qorunması ilə bağlı tədbirlər həyata keçiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə qədim, klassik və müasir Azərbaycan musiqisinin o cümlədən unudulmuş, yaxud heç zaman ifa olunmamış əsərlərin sistemli araşdırılması, folklor musiqisi nümunələrinin orijinal və ya yenidən işlənilmiş formada audio və ya video yazılması, fonoqram bazasının yaradılması və folklor musiqisinin mədəni irsin tərkib hissəsi kimi təbliği, Azərbaycan musiqisinin səmərəli qorunması planlaşdırılır.