https://news.day.az/azerinews/1809573.html "Eşref Rüya"da 2 ayrılıq - FOTO Reytinqlərdə iddialı olan "Eşref Rüya" serialında "yarpaq tökümü" başlayıb. İkinci mövsümü ilə ekranlara gələn serialda heç kimin gözləmədiyi iki ayrılıq qərarı verilib. Necip Memilinin ayrılacağı ilə bağlı şayiələr gəzdiyi bir vaxtda, başqa iki obraz hekayəyə nöqtə qoyur.

"Eşref Rüya"da 2 ayrılıq - FOTO

Azərbaycanca, 16 января 2026 03:20 (UTC +04:00) 379
"Eşref Rüya"da 2 ayrılıq

Reytinqlərdə iddialı olan "Eşref Rüya" serialında "yarpaq tökümü" başlayıb. İkinci mövsümü ilə ekranlara gələn serialda heç kimin gözləmədiyi iki ayrılıq qərarı verilib. Necip Memilinin ayrılacağı ilə bağlı şayiələr gəzdiyi bir vaxtda, başqa iki obraz hekayəyə nöqtə qoyur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, seriala sonradan daxil olmasına baxmayaraq, qısa müddətdə tamaşaçıların rəğbətini qazanan Muttalip Müjdeci layihədən ayrılır. Canlandırdığı "Kaptan" obrazı özünün qaranlıq keçmişi və gözlənilməz gedişləri ilə hekayədəki tarazlığı dəyişən əsas simalardan biri idi. 

Serialın ən sadiq və mühüm personajlarından biri olan, ilk bölümdən bəri "kasa" kimi tanınan Sungur obrazına həyat verən Ahmet Yıldırım da veda edənlər arasındadır. Strateji addımları ilə ssenarinin onurğa sütununu təşkil edən Sungur 29-cu bölümdə hekayədən çıxacaq. Onun gedişinin serialdakı güc balansını tamamilə alt-üst edəcəyi gözlənilir.

  • "Eşref Rüya"da 2 ayrılıq
  • "Eşref Rüya"da 2 ayrılıq
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости