Minimum əməkhaqqı məbləğləri sahələr üzrə ayrıca hesablansın – Millət vəkili
Minimum əməkhaqqı məbləğləri müxtəlif istehsal sahələri üzrə ayrıca hesablanması faydalı olar.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.
Millət vəkili bildirib ki, bu məsələ, təbii ki, ətraflı araşdırma tələb edir:
"Lakin bütün hallarda istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğinin fərqli müəyyənləşdirilməsi imkanlarına baxaq və bu məsələni müzakirə edək. Əgər məqsədəuyğun hesab olunarsa, növbəti mərhələdə təkcə ölkə üzrə vahid, yəni fiks minimum əməkhaqqı məbləğinin deyil, istehsal sahələri və sektorlar üzrə diferensial minimum əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi həyata keçirilə bilər".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре