https://news.day.az/azerinews/1811027.html Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri artırıldı Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib. Day.Az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov müvafiq Qərar imzalayıb.

Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri artırıldı

Azərbaycanca, 21 января 2026 17:01 (UTC +04:00) 325
Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri artırıldı

Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramını Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə hazırlayır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırmaqla təsdiq, həmçinin ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimi və hakimlərin davamlı tədrisi prosesində iştirak edəcək.

Məlumat üçün bildirək ki, daha əvvəl Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramının hazırlanmasında və təlim prosesinin müddətinin müəyyən olunmasında iştirak edirdi.

Məlumat üçün bildirək ki, qərar 2025-ci il dekabrın 30-da qəbul edilib, 2026-cı il yanvarın 16-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 17-də qüvvəyə minib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости