https://news.day.az/azerinews/1813824.html Əmisinin baltaladığı 14 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Əmisinin baltaladığı 14 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Azərbaycanca, 3 февраля 2026 16:48 (UTC +04:00) 372
Əmisinin baltaladığı 14 yaşlı oğlanın vəziyyəti

Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb. 

Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости