PAŞA Bank bu il səhmdarlarına 129 milyon manat həcmində dividentlər ödəməyi planlaşdırır

PAŞA Bank ASC ötən ilin maliyyə göstəricilərinin yekunlarına əsasən bu il öz səhmdarlarına 129 milyon manat həcmində dividentlər ödəməyi planlaşdırır.

Day.Az Trend-a istinadən xəbər verir ki, bunu bu gün PAŞA Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimai yerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, bank hər il xalis gəlirlərinin ən azı 30-40 faizinin dividentlərin ödənilməsinə yönəldilməsinə dair üzərinə öhdəlik götürsə də, bu göstərici faktiki olaraq 50-70 faiz civarındadır.