https://news.day.az/azerinews/1818207.html
Türkiyədə "F-16" qırıcı təyyarəsi qəzaya uğradı, pilot həlak oldu
Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsi Balıkəsir vilayətində qəzaya uğrayıb. Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb. Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu Baş Hava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.
Türkiyədə "F-16" qırıcı təyyarəsi qəzaya uğradı, pilot həlak oldu
Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsi Balıkəsir vilayətində qəzaya uğrayıb.
Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu Baş Hava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.
Qeyd edilib ki, dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və təyyarənin qalıqları tapılıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub.
"Qəzanın səbəbi araşdırma qrupu tərəfindən aparılan araşdırmalardan sonra müəyyən ediləcək", - deyə bildirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре