https://news.day.az/azerinews/1818566.html Ev tikmək üçün icazə alınmalıdır? Bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olunmur. Day.Az xəbər verir ki, bu, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində əksini tapıb.

Ev tikmək üçün icazə alınmalıdır?

Azərbaycanca, 26 февраля 2026 17:51 (UTC +04:00) 353
Ev tikmək üçün icazə alınmalıdır?

Bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olunmur.

Day.Az xəbər verir ki, bu, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində əksini tapıb.

Belə ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün heç bir qurumdan icazə almaq tələb olunmur.

Bu barədə müvafiq yerli icra hakimiyyətini və ya Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahələrində həyata keçirilən tikintiyə münasibətdə isə həmin Agentliyi məlumatlandırmaq lazımdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости