https://news.day.az/azerinews/1818626.html Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. Day.Az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülüb.

Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azərbaycanca, 27 февраля 2026 07:10 (UTC +04:00) 300
Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

Day.Az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости