https://news.day.az/azerinews/1821508.html İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırıb İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırıb. Buna səbəb ABŞ və İsrailin İrana qarşı hücumları ilə Madridin razılaşmaması səbəbindən iki ölkə arasında diplomatik qarşıdurmanın kəskinləşməsidir. AZƏRTAC xəbər verir ki, bu barədə krallığın rəsmi hökumət bülletenində dərc olunmuş fərmanda bildirilir.

İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırıb

Azərbaycanca, 11 марта 2026 18:26 (UTC +04:00) 335
İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırıb

İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırıb. Buna səbəb ABŞ və İsrailin İrana qarşı hücumları ilə Madridin razılaşmaması səbəbindən iki ölkə arasında diplomatik qarşıdurmanın kəskinləşməsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə krallığın rəsmi hökumət bülletenində dərc olunmuş fərmanda bildirilir.

"Reuters" agentliyinin yazdığına görə, 2025-ci ilin sentyabrında İspaniyanın Xarici İşlər Nazirliyi yəhudi dövlətinin krallığın ünvanına səsləndirdiyi mənfi bəyanatlardan sonra səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.

İspaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, Təl-Əvivdəki səfirliyə yaxın gələcəkdə müvəqqəti işlər vəkili rəhbərlik edəcək.

İsrailin İspaniyadakı səfirliyinə də müvəqqəti işlər vəkili rəhbərlik edir. Belə ki, ötən ilin mayında İspaniyanın Fələstin dövlətini tanımaq qərarına etiraz olaraq İsrail öz səfirini geri çağırmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости