https://news.day.az/azerinews/1821783.html
Füzulidə 52 yaşlı kişi minaya düşərək həlak olub
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib. Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.
Füzulidə 52 yaşlı kişi minaya düşərək həlak olub
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.
Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре