https://news.day.az/azerinews/1823693.html Qətərdə hərbi helikopter dənizə düşüb Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb. Day.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.  

Qətərdə hərbi helikopter dənizə düşüb

Azərbaycanca, 22 марта 2026 09:29 (UTC +04:00) 332
Qətərdə hərbi helikopter dənizə düşüb

Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Day.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

 

"Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub", - deyə rəsmi bəyanatda bildirilib.

Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olan digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости