Azərbaycanlı döyüşçü Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

Azərbaycanın UFC-dəki nümayəndəsi Tofiq Musayev növbəti döyüşünə çıxıb.

Day.Az Trend-ə istinadən bildirir ki, 36 yaşlı döyüşçü ABŞ-ın Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə üz-üzə gəlib.

Gərgin üç raunddan sonra qalib müəyyənləşməsə də, hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsini elan ediblər - 29:28, 29:27, 30:27.

Bu Musayevin UFC-də ilk qələbəsi olub.