Moskva Bakı ilə humanitar əlaqələrin bərpasını istəyir
Yaranmış fasilədən sonra Rusiya-Azərbaycan arasında mədəni-humanitar sahədə tamdəyərli əməkdaşlığın bərpası zəruridir.
Day.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.
Diplomat vurğulayıb ki, Rusiya tərəfi ikitərəfli əlaqələrin bütün kompleksinin inkişafına fokuslanıb və bu, hər iki dövlətin maraqlarına cavab verir.
"Moskva ikitərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına hədəflənib. Bu, xalqlarımızın maraqlarına uyğundur. Hesab edirik ki, yaranmış fasilədən sonra yaxın vaxtlarda mədəni-humanitar sahədə tamdəyərli əməkdaşlığı yenidən işə salmaq lazımdır", - deyə Zaxarova bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре