https://news.day.az/azerinews/1851760.html Ağdərə rayonunda mina hadisəsi baş verib, iki nəfər xəsarət alıb İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində bu gün mina hadisəsi baș verib. Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Ağdərə rayonunda mina hadisəsi baş verib, iki nəfər xəsarət alıb

Azərbaycanca, 3 августа 2026 11:33 (UTC +04:00) 191
Ağdərə rayonunda mina hadisəsi baş verib,

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində bu gün mina hadisəsi baș verib.

Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. Vəziyyətləri qənaətbəxşdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости