Xocavənddə daha 27 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO
Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
13:25
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, doğma yurduna qayıdan ailələri Xocavənd şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin rəsmiləri, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailənin (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailənin (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib. Beləliklə, ümumilikdə 27 ailə, yəni 107 nəfər doğma yurduna qayıdıb.
xxx
12:39
Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) olmaqla, ümumilikdə 27 ailə - 107 nəfər köçürülür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре