https://news.day.az/azerinews/1855921.html Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO

Azərbaycanca, 25 августа 2026 14:11 (UTC +04:00) 164
Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

xxx
13:25

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə - 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə - 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə - 61 nəfər köçürülüb.

XXX
13:01

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə - 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə - 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə - 61 nəfər köçürülür.

Xəbər yenilənəcək

  • Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости