https://news.day.az/azerinews/1858205.html
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər. Day.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib.
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər.
Day.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib.
Kremlin nümayəndəsi Ermənistan Baş nazirinin səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini, lakin səfərin bu il baş tutacağını qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Paşinyanla görüş keçirib. Bu, liderlərin aprel ayında Kremldə keçirilən danışıqlardan sonra ilk ikitərəfli görüşü olub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре