https://news.day.az/azerinews/1859935.html Azərbaycanda 675 nəfər metadonla əvəzedici müalicə alır Azərbaycanda metadonla əvəzedici müalicə proqramı çərçivəsində hazırda 675 xəstənin müalicəsi davam etdirilir. Day.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Azərbaycanda 675 nəfər metadonla əvəzedici müalicə alır

Azərbaycanca, 14 сентября 2026 15:51 (UTC +04:00) 209
Azərbaycanda 675 nəfər metadonla əvəzedici müalicə alır

Azərbaycanda metadonla əvəzedici müalicə proqramı çərçivəsində hazırda 675 xəstənin müalicəsi davam etdirilir.

Day.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, müalicə üç məntəqədə həyata keçirilir. Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində isə 123 nəfər metadonla əvəzedici müalicə proqramına cəlb olunub.

Qeyd edilib ki, bu ilin yanvar-avqust aylarında Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif növ sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə 62 227 nəfər Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yönləndirilib.

Narkotik vasitələrdən istifadənin müəyyənləşdirilməsi məqsədilə 4397 nəfər tibbi müayinədən keçirilib. Müayinələrin nəticəsinə əsasən, onlardan 2173 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib.

Aşkarlanmış hallarla bağlı müvafiq tədbirlərin görülməsi təmin olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости